Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nurəhməd Nurəhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Nurəhməd Nurəhmədov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.
İttihama görə, paytaxtın Binəqədi rayonunda Bakı şəhər sakini Xəqani Tağıyev bıçaqlanıb.
Hadisəni törədən yeniyetmə Nurəhməd Nurəhmədov olduğu müəyyən edilib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlum olub ki, Xəqani Tağıyev Nurəhməd Nurəhmədovun yaşadığı evin qarşısından keçən zaman söyüş söyüb.
Nurəhməd Nurəhmədov isə ona xəbərdarlıq edib. Onların arasında mübahisə düşüb.
Nurəhməd Nurəhmədov Xəqani Tağıyevi bıçaqlayıb.