14 Dekabr 2018 15:04
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda qətl törətməkdə təqsirli bilinən Mişi Miqirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib.

İttihama görə, bu il aprelin 17-də Quba rayonun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov 87 yaşlı bibisi Şüşan Sumxayevanı döyüb.

Xəstəxanaya yerləşdirilən Şüşan Sumxayeva orada ölüb.

Quba rayon polis şöbəsinin əməkdaşları Mişi Miqirovu saxlayıb. Məlum olub ki, hadisədən bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə həmin şəxsin məzarının yanında olub.

Qardaşının məzarı başında Mişi Miqirov bibisi ilə mübahisə edib. Mübahisə zamanı o, bibisinə çoxsaylı bıçaq zərbələri vurub. Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Mişi Miqirov hadisə zamanı sərxoş olub.

İstintaq orqanı tərəfindən Mişi Miqirov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər