15 Dekabr 2018 12:05
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində qohumuna qarşı amansız cinayət törətməkdə təqsirli bilinən Rabit Abdinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, cinayət hadisəsi bu ilin iyunun 13-də baş verib.

Belə ki, Rabit Abdinov həmin gün qohumu, 1954-cü il təvəllüdlü Fikrət Əmiraslanovun işlətdiyi ət dükanına gəlib.

Sərxoş vəziyyətdə olan Rabit Abdinov Fikrət Əmiraslanovla mübahisə edib.

Mübahisə zamanı Rabit Abidinov özü ilə plastik qabda gətirdiyi benzini qəfildən Fikrət Əmiraslanovun üzərinə səpərək alışdırıb.

Həmin vaxt Fikrət Əmiraslanovun oğlu Ramin də orada olub. O, da xəsarət alıb.

Müxtəlif yanıq xəsarətləri alan Fikrət Əmiraslanov xəstəxanaya yerləşdirilib.

Cinayəti törədən şəxs Fikrətin bacısı qızının qayınatasıdır. Hadisə ailələr arasında olan münaqişə nəticəsində baş verib.

İstintaq orqanı tərəfindən Rabit Abdinovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri iləm ittiham elan edilib.

Növbəti proses dekabrın 24-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər