29 Avqust 2014 12:46
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qaşqaçay kəndində qeydə alınıb. Kənd sakini Aydın Babayev münaqişə zəminində həmkəndlisi Azad Əmrahovu daşla vurub. A.Əmrahov hadisə yerində ölüb.

Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Babayev tutulub.

Hacı Zeynalov


Müəllif: