6 Mart 2019 11:42
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadın alveri etməkdə ittiham olunan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Gülbəniz Quliyevaya ittihamlar elan edilib.

Teleqraf.com xəbər verir ki, istintaq orqanı tərəfindən Gülbəniz Quliyevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.

Nərimanov rayon Məhkəməsində hakim Tural Ələkbərovun sədrliyi ilə baş tutan prosesdə Gülbəniz Quliyeva barəsində əlavə istintaq tədbirlərinin aparılması üçün istintaq müddətinin və həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanını təqdimatına baxılıb.

Hakim təqdimatı təmin edib və Gülbəniz Quliyevanın barəsində həbs qətimkan tədbirinin müddəti 3 aya qədər artırılıb.

İttihama görə, ötən ilin noyabrın əvvəllərində Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Gülbəniz Quliyeva tutularaq istintaq orqanına təhvil verilib.

Məlum olub ki, Gülbəniz Quliyeva Azərbaycan vətəndaşı olan bir qrup qadını Türkiyəyə aparıb. Orada həmin qadınları kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə edib.

2018-ci ilin əvvəlində Azərbaycana qayıdan zərərçəkmiş qadınlar baş idarəyə şikayət ediblər. İdarədə şikayətlər araşdırılıb və Gülbəniz Quliyevanın insan alveri cinayəti törətməsi məlum olub. Bu səbəbdən həmin ilin əvvəlində onun barəsində axtarış elan edilib. Gülbəniz Quliyeva bu günlərdə keçirilən əməliyyat nəticəsində həbs edilib.

Gülbəniz Quliyeva evlidir, orta təhsilli olub və əvvəllər məhkum olunmayıb.

Onun qadın alveri ilə məşğul olan mütəşəkkil dəstənin başçısı olduğu qeyd olunur.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər