13 Mart 2019 12:30
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilinən paytaxt sakinləri – Məmməd Heydərov və Kənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hər iki təqsirləndirilən şəxsin cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılır.

Hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan qapalı prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hər iki təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində azyaşlı Səbinə Məlikovaya (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.

İstintaq orqanı tərəfindən Məmməd Heydərov və Kənan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İfadə verən hər iki təqsirləndirilən şəxslər özlərini təqsirli biliblər.

Daha sonra ifadə verən zərərçəkmiş hadisə barədə danışıb.

Növbəti proses martın 14-də davam edəcək.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham olunan şəxsləri üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər