Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki sexlərin birindən içərisində 400 manat pul, şəxsiyyət vəsiqəsi və 400 manat dəyərində qızıl-zinət əşyaları olan çanta oğurlanıb.
Baş verən oğurluq hadisəsi ilə bağlı 32-ci polis bölməsinə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Rufullayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 550 manat pul, noutbuk, mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Aslanov saxlanılıb.