Bakının Binəqədi rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində N.Mustafazadə saxlanılıb.
Onun rayon ərazisində 2 evdən ümumilikdə 1715 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.
Həmçinin N.Mustafazadə quldurluq da edib.
Faktla bağlı cinayət işi başlanıb.