Bakıda qətl törətməkdə təqsirləndirilən Nizam Məmmədzadənin cinayət işi üzə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Nizam Məmmədzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il oktyabrın 10-da paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki “Ordubad” kafesində Nizam Məmmədzadə Elçin Ələkbərovu xüsusi amansızlıqla döyüb.
Elçin Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
İstintaq orqanı tərəfindən Nizam Məmmədzadənin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.