25 İyul 2019 19:59
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda azərbaycanlı iş adamı Rasim Babayev silahlı hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, iyulun 22-də Mərtər rayonunda iş adamı ailəsilə evə qayıdarkən naməlum şəxs tərəfindən güllələnib.

O, ayağından yaralanıb. Dərhal xəstəxanaya çatdırılan R.Babayevin həyatına təhlükə yoxdur.

İlkin ehtimala görə, insidentə səbəb sahibkarın keçmiş iş ortaqları ilə arasındakı mübahisə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər