Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda kişi ondan boşanmaq istəyən arvadının boğazını kəsib.
Teleqraf.com xəbər verir ki, cinayət 4 yaşlı qızın gözü qarşısında törədilib.
Uğur K. adlı şəxs 23 yaşlı arvadıyla söhbət etmək məqsədiylə onu görüşə çağırıb. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman Uğur arvadına bir neçə bıçaq zərbəsi endirib və boğazını kəsib.
Xəstəxanaya çatdırılan iki uşaq anası ölüb. Cinayəti törədən şəxs saxlanılıb.
Qeyd edək ki, bir neçə gün öncə oxşar hadisə Kırıkkale şəhərində qeydə alınıb. Əminə Bulud adlı qadının qızının gözləri önündə əri tərəfindən qətlə yetirilməsi bütün ölkəni ayağa qaldırıb.