18 Sentyabr 2019 12:26
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda anasını və qardaşını yandırmaqda təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Vitali Kolosov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda, Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb.

Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb.

Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər tərəfinə benzin tökərək od vurub.

Məlumata görə, Vitali Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər