29 Noyabr 2019 10:23
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitənin təsiri altında Bakıdan Astaraya sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayon ərazisində Bakı-Astara marşrutu üzrə işləyən, Saylan şəhər sakini Ədalət Əliyevin idarə etdiyi “Temza” markalı, 10-TG-546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb.

Sürücü Ədalət Əliyev tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı Ə.Əliyevin sərnişin dolu avtobusu narkotik vasitənin təsiri altında sərxoş şəkildə idarə etdiyi müəyyən olub. Astara RPŞ-yə gətirilən Ə.Əliyevin üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər