20 Sentyabr 2014 12:52
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əmircan qəsəbəsi sakini Zakir Hacıağayev saxlanılıb. Z.Hacıağayevin Q.Qarayev küçəsindəki evindən 2 kiloqramdan artıq marixuana, həyətindən isə 6 ədəd, ümumi çəkisi 350 qram olan çətənə kolu aşkar edilib.

Qeyd edək ki, Z.Hacıağayev əvvəllər də məhkumluq həyatı yaşayıb.


Müəllif: