Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahirovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kasasiya protestinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara görə, Sumqayıt Apelyasiya Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv edilib, işə yenidən baxılması üçün cinayət işinin materialları apelyasiya instansiyasına qaytarılıb.
Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib.
Albert Tahirov idarə etdiyi avtomobil yol polisi əməkdaşı Xəyyam Bağırzadənin sürdüyü avtomobillə toqquşub.
Nəticədə Xəyyam Bağırzadə dünyasını dəyişib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Albert Tahirova 5 il müddətinə məntəqə tipli cəzası verilib.
Sumqayıt Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib. Yeni hökmə əsasən, ona bəraət verilib.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti vermişdi.