Hacıqabul rayonunda oğurluğa cəhd edənləri yol polisi saxlayıb.
Bu barədə Teleqraf.com-a Hacıqabul rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi rayonunun Nəvahi qəsəbəsində qeydə alınıb. Göygöl rayon sakini Namiq Məmmədova məxsus “Mercedes” markalı avtomobildən oğurluğa cəhd edilib.
Amma oğurluğa cəhd edənlər Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs ediliblər. Bunlar Nəvahi qəsəbə sakinləri Dünyamalı Hüseynov və Rövşən Həsənovdur. Hər iki şəxsin barəsində istintaq tədbirlər görülməsi üçün polis şöbəsinə təhvil veriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov