Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Yeni Yasamal yaşayış sahəsində yerləşən mağazada qeydə alınıb. Orada satıcı işləyən Göyçay rayon sakini Elçin Behbudov münaqişə zəminində iş yoldaşı Rəşad Behbudova bıçaqlayıb.
29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Behbudov tutulub.
Hacı Zeynalov