3 Fevral 2020 15:52
1 184

"Lotu Quli" lqəbli Nadir Səlifova qarşı sui-qəsd hazırlayan dəstə üzvləri saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şübhəli bilinlərək saxlanılan Rus mafiyası qruplaşmalarının mütəşəkkil dəstə halında olması və bir-birlərinə qarşı sui-qəsd palanları hazırladıqları ortaya çıxıb.

Həbs olunanlar bir müddət əvvəl öldürülən azərbaycanlı mafiya lideri Rövşən Canıyevin qisasını almaq istəyiblər.

Rusiya mafiyasının hədəfində isə Çaniyevi öldürən Nadir Səlifov olub.

Qeyd edək ki, İstanbulun Kağızxana, Sarıyer və Qaziosmanpaşa rayonlarında həyata keçirilən əməliyyat nəticəsində 9 Azərbaycan, 5 Gürcüstan, 2 Ukrayna və 1 Rusiya vətəndaşı saxlanılıb. Saxlanılanların üzərindən 11 tapança, avtomat və 222 mərmi ələ keçirilib.

Saxlanılanlar arasında "Andrey Maliy" ləqəbli gürcüstanlı kriminal avtoritet Quram Çıkladze də var, onun həbs olunan 17 nəfərlik mütəşəkkil dəstəyə rəhbərlik etdiyi deyilir.

***

15:31

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifova qarşı İstanbulda sui-qəsd hazırlanıb.

Teleqraf.com xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində 17 nəfər şübhəli saxlanılıb.


Müəllif: Hacı Zeynalov