26 Fevral 2020 12:10
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1965-ci il təvəllüdlü Məhərrəm Siratinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 10-na təyin olunub.

İttihama görə, 2019-cu il oktyabrın 18-də Məhərrəm Sirati keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Natavan Mustafayeva ilə mübahisə edib.

Mübahisə zaman Məhərrəm Sirati keçmiş həyat yoldaşının bədənini müxtəlif nahiyələrinə, həmçinin boyun və boğaz nahiyələrinə çoxsaylı xəsarətlər yertirib.

Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Məhərrəm Sirati həbs olunub.

Qeyd edək ki, Natavan Mustafayeva Məhərrəm Siratinin ikinci həyat yoldaşı olub. Tərəflər hadisədən bir müddət öncə boşanıblar.

Məhərrəm Sirati "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə şəhər Lokomotiv Deposunun maşinisti olub.

İstintaq orqanı tərəfindən Məhərrəm Siratinin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər