26 Sentyabr 2014 15:29
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində avtomobil oğurluğu edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, şəhər sakini Ramin Musayevə məxsus “Honda” markalı avtomobil sentyabrın 23-də evinin qarşısından oğurlanıb. O, avtomobilinin oğurlanması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini Yusif Muradovu həbs ediblər.

Sumqayıt polisi avtomobil oğrusunun tutulması ilə bağlı daha bir əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində sentyabrın 24-də Bəxtiyar Əlizadəyə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış şəhər sakini Orxan Vəliyev tutulub.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: