Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub.
Həmin kafenin sahibi paytaxtn sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 5-ci Piolis Bölməsinə gətiriliblər.
Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov İnzibati Xətalar Məcəlləsininmüvafiq maddəsi ilətəqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilən barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.