Masallı rayonunda toy mərasimində ehtiyatsızlıqdan zərərçəkmişə xəsarət yetirməkdə təqsirli bilinən Elvin Əzizov, Emil Məmmədov, Elçin Tağıyev və Bünyad Əsədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, 6 oktyabr 2012-ci il tarixdə, saat 23.00-da baş verib. Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində “Aynur” şadlıq sarayında keçirilən toy şənliyində həmkəndliləri Emil Məmmədov, Elçin Tağıyev və Bünyad Əsədov Yaqub Salayevi heç bir zərurət olmadan zalda toy məclisini şənləndirmək istəyi ilə bir neçə dəfə yuxarı atıblar. Bu zaman Elvin Əzizov ehtiyatsızlıq göstərərk Yaqub Salayevi tuta bilməyib. Nəticədə Yaqub Salayev döşəməyə düşərək xəsarət alıb.
Təqsirləndirilən şəxslərin cinayət işinə Masallı rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər 2 il müddətinə islah işləri cəzasına məhkum olunublar. Məhkəmə təqsirləndirilən şəxslərdən müştərək olaraq 63 min manat tutularaq zərərçəkmişə ödənilməsi ilə bağlı qərar qəbul edilib.
Hacı Zeynalov