Qeyri-adi bir dəyişiklik olmasa önümüzdəki həftələrdə Rusiyadan yeni bir heyət Ankaraya səfər edəcək. Ehtimal edilən odur ki, Prezident Ərdoğanla Rusiya lideri Vladimir Putin Liviya məsələsini müzakirə yolu ilə həll etmək qərarına gəlib. Bu müzakirələrin hansı nəticə ilə başa çatacağı hələlik bəlli deyil. Rusların Liviyanın Sirtə və Cufra üzərindən bazarlaşmaq niyyəti var. Rusiya Cufradakı hərbi bazasını saxlamaqla Sirtəni müzakirə edə biləcəkləri görünür.
Teleqraf.com xəbər verir ki, bu iddialarla türk köşə yazarı Mehmet Acet çıxış edib.
Analitik qeyd edib ki, bu bazarlıq baş tutarsa Sirtə şəhəri döyüşsüz Liviya milli etimad hökumətinin nəzarətinə keçə və beləcə qiyamçı Haftarın qüvvələri oradan çıxa bilər:
"Belə bir ssenari var, amma Liviya dosyesinin çox sürüşkən bir zəmində irəlilədiyini unutmamaq lazımdır. Bəzən deyilən sözlərlə real vəziyyət bir-birinə tərs gəlir. Bir müddət əvvəl Rusiya müdafiə və xarici işlər nazirlərinin Ankara səfəri təxirə salındı. Belə ehtimal yenidən qarşıya çıxa bilər".
Mehmet Acet xatırladıb ki, Suriyada olduğu kimi Liviyada da rus və türk maraqları bir-birinə ziddir: “Bu amil işləri çətinə salır. Belə olduğu üçün rusların “müzakirəyə davam” istiqamətində niyyəti realda "nəticə almağamı hədəflənir, yoxsa başqa hesablarımı var” deyə ortaya sual çıxarır.
Başqa hesab deyərkən Liviya ilə normalda bağlantısı ola biləcəyi düşünülməyən bir prosesdən bəhs etmək olar. Zehnimiz belə bir əlaqələndirməni doğru analiz edə bilir. Ermənistan durduğu yerdə Azərbaycan torpaqlarını hədəfə alır. Normalda belə bir halın Liviya ilə bağlantısını düşünmək mümkün deyil. Amma bu dəfə elə deyil.
Ermənistanın Azərbaycana son hücumları Tovuz istiqamətindədir. Tovuz rayonu Azərbaycanla Türkiyənin birgə icra etdiyi BTC, Bakı-Tiflis-Qars dəmiryolu, TANAP-ın keçdiyi ərazidir. Hədəfə alınan bu nöqtə Azərbaycanla Türkiyəni birləşdirən yegəna quru yoldur. Bu hücumlar Azərbaycana deyil, eyni zamanda Türkiyəyə da mesaj vermək istəyi kimi görünür.
Bu atmosferdə “Liviya müzakirələri aparaq” deyən Rusiya bu tələbinə müsbət reaksya verildikdən sonra erməniləri hərəkətə keçirməsinin bir-birilə bağlantısının olmadığını düşünmək də doğru olmaz. Əslində ermənilərin Azərbaycan torpağına Tovuz istiqamətində hücumları Rusiyanın istəyi ilə ola və belə bir atmosferə Liviya müzakirələrində Türkiyənin əlini zəiflətmək məqsədi daşıya bilər”.