23 İyul 2020 09:48
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Dönməz Cəmşidzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il noyabrın 15-də Dönməz Cəmşidzadə Bakının Zabrat qəsəbəsində kirayədə birgə yaşadığı Afərim Mahmudovanı boğaraq öldürüb. Hadisəni törədəndən sonra o, Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib.

Hüquq-mühafizə orqanları əməkdaşları ilə birlikdə Dönməz Cəmşidzadə hadisə baş verən ünvana gətirilib və evin yataq otağında qadının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

İstintaq araşdırması zamanı 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub.

28 yaşlı Dönməz Cəmşidzadə ilə Afərim Mahmudovanın yaxın qohumluq əlaqələri olub. 10 ay əvvəl Afərim Mahmudova həyat yoldaşından ayrılaraq valideyinləri ilə əlaqəsini kəsib.

Yaxınları ehtimal edib ki, qızları yenidən ailə həyatı quraraq Türkiyəyə gedib.

Əslində isə qətlə yetirilən qadın Zabratda ev kirayələyərək Dönməz Cəmşidzadə ilə yaşayıb. Kürdəmir rayonunda kimya müəllimi işləyən kişi həftədə iki dəfə işi ilə əlaqədar rayona gedib.

İlkin məlumata görə, tərəflər arasında münaqişəyə Afərim Mahmudovanın valideynlərinin evinə geri qayıtmaq istəməsi və Dönməz Cəmşidzadə ilə münasibətlərə son vermək haqda qərarı olub. Sonuncu buna etiraz edərək bıçağa əl atıb.

İstintaq orqanı tərəfindən Dönməz Cəmşidzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər