8 Avqust 2020 09:38
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyətində narkotik becərən Xızı sakini saxlanıldı.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yeni Yaşma qəsəbə sakini Xəyal Qədirov yaşadığı evin yaxınlığında saxlanılıb.

Hal şahidlərinin iştirakı ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 13 ədəd çətənə bitkisi aşkarlanıb. Dindirilmə zamanı X.Qədirov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib. Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com