9 Avqust 2020 09:17
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 13 qramdan çox, evinə baxış zamanı isə əlavə 12 kiloqram 550 qram marixuana aşkar edilib.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Yaxşıyev həbs edilib.

Onun evinə baxış zamanı oradan 4 kiloqram 757 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov