Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Binə qəsəbəsində yaşayan Ə.Qasımov polisə müraciət edərək özünə məxsus velosipedin oğurlandığını bildirib.
Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində velosipedi oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Akif Xasıyev və qardaşı Amin saxlanılıblar.
Saxlanılan şəxslər hadisəni törətdiyini etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.