21 Avqust 2020 11:27
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin müxtəlif vaxtlarında şəhər ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Rasim Quliyev 2019-cu ilin aprel ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1 500 manat dəyərində televizor oğurlayıb. Bundan başqa Gəncə şəhər xəstəxanaların birindən 1 000 manat dəyərində kompyuter, 350 manat dəyərində printer və 1 790 manat dəyərində müxtəlif dərman preparatlarını oğurlayıb. Daha sonra o, ötən ilin mayın 7-də şəhər ərazisindəki mənzillərin birindən 2 300 manat dəyərində 2 ədəd televizor oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Quliyevin 2019-cu ilin iyun ayında daha bir şəhər sakininə məxsus mənzilə daxil olaraq oradan 400 manat dəyərində 1 ədəd televizor oğurlaması da aşkar edilib.

R.Quliyev maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər