Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin əkini və saxlanması ilə mşəğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Elçin Əliyev saxlanılıb.
E.Əliyevin Bərdə rayonunda yaşadığı ünvana baxış keçirilən zaman evindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 10 ədəd çətənə kolu və 4 ədəd bükülüdə isə güclü təsiredici xassəyə malik 1,46 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.