17 Yanvar 14:06

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 410 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov