Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Səlim Əkbərov yaşadığı evdə özünü asaraq ölüb. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov