26 Fevral 2021 12:25
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyanın icraatında cəmi 7 312 iş olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Onlardan 1251 (17,1%) iş 2019-cu ildən qalıq keçib, 6061 iş (82,9%) isə 2020-ci ilin yanvar-dekabr aylarında daxil olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə icraatda olan iş sayı 2091 (22,2%) ədəd azalıb.

Belə ki, 2019-cu ilin müvafiq dövründə icraatda ümumən 9403 iş olub.

Onlardan 1113 iş (11,8%) 2018-ci ildən qalıq keçib, 8290 iş (88,2%) isə 2019-cu il ərzində daxil olub.

2019-2020-ci illərə qalıq keçmiş işləri müqayisə etdikdə görünür ki, 2020-ci ilə qalıq keçən 138 (12,4%) iş artıb.

2020-ci ildə daxil olan 6.061 iş ilə 2019-cu ilin müvafiq dövründə daxil olan 8.290 işlərin sayını müqayisə etdikdə isə görünür ki, 2020-ci ildə daxil olan işlərin sayı 2.229 (26,9%) iş azalıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər