27 Oktyabr 2014 14:20
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstirahət günləri respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyini mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nəticədə 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Sabunçu rayonunun Bilgəh qəsəbəsində Bakı şəhər sakini Mehdiməhəmməd Məmmədovun idarə etdiyi “MG” və Qobustan rayon sakini Kamran Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub, idarəetmən itirmiş K.Zülfüqarov yolun kənarında dayanmış qəsəbə sakini Zakir Əmirovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Daha bir yol nəqliyyat hadisəsi Goranboy şəhərində qeydə alınıb. Naftalan şəhər sakini Anar Cəfərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Kəlbəcər rayon sakini İsax Nəzərovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Oxşar hadisə Daşkəsən şəhərində də baş verib. Gəncə şəhər sakini Hidayət Əhmədov idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Qusar şəhərində şəhər sakini Ruslan Xasıyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi Rübabə Pirmətovanı vurub və piyada hadisə yerində ölüb.

Yevlax rayonunun Xaldan kəndində Şəki rayon sakini Telman Səmədov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən rayon sakini Abunə Əhmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər