29 Oktyabr 2014 10:35
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda sərnişin sürücünü qarət etmək istəyib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Rəhimə Əliyeva Fərid Həsənliyə məxsus “Hyundai” markalı avtomobilə sərnişin qismində minib.

Rəhimə Əliyeva sürücünün cibindən 200 manat oğurlamaq istəyib. Bu zaman sürücü qadının əlini cibində tutub və onun Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirib. Rəhimə Əliyevanın üzərinə baxış keçirilərkən 0,190 qram heroin aşkar edilib.

Fərid Həsənli taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər