11 Aprel 2021 23:19
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata görə, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com