22 May 2021 09:16
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonu Qıraqlı kənd bələdiyyəsinin sədri Muxtar Qafarov və onunla birlikdə həbs olunan Mirnicat Həşimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb .

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nizami Quliyevin icraatında araşdırlacaq.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Muxtar Qafarov və Mirnicat Həşimovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər