Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Gülalan kənd sakini Şahin Yarıyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin pay torpaq sahəsinə baxış keçirilən zaman əkib yetişdirdiyi 51 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunub.
Bundan başqa həmin əraziyə baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqrama yaxın olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.