14 Noyabr 2014 09:24
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən dövlət yol polis əməkdaşını avtomobillə vurub.

ANS-in məlumatına görə, “VAZ-'2107” markali avtomobil Ağa Neymətulla küçəsindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönəndə başqa bir avtomobilə çırpılıb. Ərzidə xidmət aparan yol polis xidmətinin əməkdaşı Yaşar Qocalı hadisə yerindən qaçmaq istəyən “Jiquli”-nin sürücüsünə "Saxla" əmri verib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsini rəisi İlqar İbrahimovun verdiyi məlumata görə, polis əməkdaşını vurandan sonra hadisə yerindən uzasqlaşmaq istəyən sürücünü saxlamaq üçün elə həmin küçədə süni tıxac yaradılıb.

Tıxacda qalan sürücü yol polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə təhvil verilib.

Faktla əlaqədar Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsini 315 xidməti vəzifələrini yerinə yetirməsilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam edir.


Müəllif:

Oxşar xəbərlər