Bakının Nəsimi rayonunda meyit aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun A.Səhhət küçəsində qeydə alınıb. Həmin ünvanda üzərində zorakılıq əlamətləri görünməyən 20-25 yaşlı kişi meyiti tapılıb. Üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün meyitin kimliyini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov