Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon sakinləri Q.Əliyev və F.Quliyevdən qanunsuz olaraq saxladıqları "İJ" markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.