18 Noyabr 2014 14:47
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Z.Bünyadov prospektində qeydə alınıb. İmişli rayon sakini Elşad Babayev idarə etdiyi “Lipheker” markalı kranla yolu keçən Emin Həsənovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Emin Həsənov ölüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: