Bakının Səbail rayonunda quldurluqla məşğul olan şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsi, Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri - 1993-cü il təvəllüdlü Tural Abbasov və 1994-cü il təvəllüdlü Niyazi Musayev saxlanılıblar. Onlar noyabrın 16-da saat 20:00 radələrində Neftçilər prospektində yerləşən ticarət və əyləncə mərkəzində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Kənan Bəbirova hədə-qorxu gələrək 10 manat pulunu almaqda şübhəli bilinirlər.
Şübhəli şəxslərin ətrafında aparılan ilkin əməliyyat-istintaq tədbirləri müəyyən olunub ki, onlar noyabrın 16-da saat 20:00 radələrində həmin ünvanda Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Adil Mustafayevi də bıçaqla hədələyərək onunda 3 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.
Hacı Zeynalov