26 Noyabr 2014 17:10
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 17 yaşlı Elməddin Dünyamalıyevin barəsində çıxarılan hökmdən Baş Prokurorluğun protesti əsasında məhkəmə başa çatıb.

İttihama görə, 2012-ci ilin sentyabrın 11-də Xətai rayonun İnqilab İsmayılov küçəsi 11 ünvanında ünvanda fəaliyyət göstərən tikinti materialları mağazasına gələn iki müştəri mağazanın satıcısı 17 yaşlı Elməddin Dünyamalıyev ilə mübahisə edib. Mübahisə sonda davaya çevrilib. Mağazanın satıcısı, 17 yaşlı Elməddin Dünyamalıyev müştəri, 27 yaşlı Elməddin Məmmədovu bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin Dünyamalıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş prokurorluq və zərərçəkmiş tərəf apelyasiya şikayəti verilib. Bir müddət əvvəl işə baxan hakimlər Elməddin Dünyamalıyevin cəzası artırılaraq onun barəsində qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin ediblər.

Baş Prokurorluq və zərərçəkmiş tərəf yenə də hökmdən narazı qalıblar. Bu səbəbdən Ali Məhkəməyə şikayət ediblər. Ali Məhkəmə işə apelyasiya instansiyasında yenidən baxılması barədə qərar qəbul edib və cinayət işinin materialları yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə yenidən qərar oxunub. Qərara görə, Baş Prokurorluq və zərərçəkmiş tərəfin şikayəti qismən təmin edilib. Məhkəmə Elməddin Dünyamalıyevin cəzası 9 il müəyyən edilib.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər