2 Dekabr 2014 14:26
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir şəhərində qətl hadisəsi törədənlədən daha biri həbs edilib.

Bu barədə Teleqraf.com-a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Feyruz Zamanovu bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Laçın Məmmədov tutulub.

Qeyd edək ki, Şəmkir sakini Firuz Zamanova məxsus mağazaya gəlmiş şəxsiyəti məlum olmayan 2 nəfər münaqişə zəminində onu bıçaqla qətlə yetirib hadisə yerini tərk ediblər. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şiştəpə kənd sakinləri Laçın Məmmədov və Anar Qurbanov tərəfindən törədilməsi müəyyən edilib.


Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, Laçın Məmmədov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkumluq həyatı yaşayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər