2 Dekabr 2014 16:14
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq və oğurluq cinayətləri törədən şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Natiq Hacıyev tutulub.

Əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, o, oktyabrın 2-də Rauf Mahmudova məxsus kompyüter salonundan 4 ədəd kompyuter və onlara aid hissələri, oktyabrın 12-də isə İsmayıl Rəhimliyə məxsus internet klubdan 7 ədəd kompyuter, 11 ədəd disk və 16 ədəd pult oğurlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər