Türkiyənin İstanbul vilayətinin Sarıyer rayonunda atışma baş verib.
Teleqraf.com-un məlumatına görə, atışma ticarət mərkəzində yerləşən kafedə olub. Hadisə nəticəsində 6 nəfər yaralanıb.
Bildirilib ki, kafedə oturan iki qrup arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə atışma ilə nəticələnib.
Həkimlər tərəfindən 1-i Türkiyə, 4-ü Azərbaycan və 1-i İran vətəndaşı olmaqla, yaralılara tibbi yardım göstərilərək ətraf xəstəxanalara çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.