Bakıda avtomobil qadını vuraraq öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 19-u saat 22:40 radələrində paytaxtın Nizami rayonu, Q Qarayev prospektində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 1994-cü il təvəllüdlü Məmmədov Sabir Sahib oğlu idarə etdiyi "Haval" markalı avtomobillə şəxsiyyəti məlum olmayan 30-35 yaş arası piyada qadını vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məclləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.