11 Dekabr 2014 13:30
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi əmək haqlarının vaxtında verilməməsinə etiraz əlaməti olaraq beş nəfər fəhlə binanın üstünə çıxaraq özlərini atmağa cəhd göstərmələri ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 10-da saat 17 radələrində paytaxtın Azərbaycan prospektində yeni inşa edilən 16 mərtəbəli binada fəhlə işləyən Şəki rayon sakini Şamxal Bağırov, onun qardaşı Vüqar, Yevlax rayon sakini Ceyhun Məmmədov və onun qardaşı Sərxan əmək haqlarının vaxtında verilməməsinə etiraz əlaməti olaraq binanın üstünə çıxaraq özlərini atmağa cəhd göstərinlər.

Cəhdin qarşısı Yasamal rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər