Şəmkir rayonunda bir gündə 3 nəfər dəm qazından zəhərlənib.
Teleqraf.com-un məlumatına görə, hadisə ötən gün rayonun Qasımallar və Sabirkənd kəndlərində qeydə alınıb. Zərərçəkmişlər Dinarə Əmikişiyeva, Nuranə İsmayılova və Səidə İsmayılova vanna otağında çimərkən dəm qazından zəhərlənərək Şəmkir rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Xəstələrdən ikisinin vəziyyəti yaxşılaşsa da Dinarə Əmikişiyeva şöbədə ciddi nəzarət altında saxlanılıb.
Daha ətraflı:http://atvxeber.az/news/event/8246-semkirde-bir-gunde-3-nefer-zeherlendi
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir