17 Dekabr 2014 13:03
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Sabirabad rayonunda baş verən dəhşətli hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə dekabrın 16-da saat 06 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb. Kənd sakini Mənsumə Rzayevaya məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, M.Rzayevanın qızı Nəzakət, gəlini Lamiyə və onun azyaşlı qızları Mənsumə, Yağmur və Gülay yanaraq ölüb, yanıq xəsarəti almış digər gəlini Sona xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər